Astanada növbəti vida

29.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan güləş üzrə dünya çempionatında Azərbaycan milli komandasının daha üç idmançısı yarışla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedxan Maqomedovun 1/4 finalda məğlub olduğy Bəhreyn təmsilçisi Əhməd Tacudinov yarımfinalda uduzub. Rəqibin məğlubiyyəti pəhləvanımızın təsəlliverici görüşlərə qatılmaq və bürünc medal qazanmaq şansını üstündən xətt çəkib.

Oxşar vəziyyətlə 65 kq-dakı Rəşid Babazadə və qadın güləşçi Ruzanna Məmmədova (59 kq) da üzləşiblər. Onları məğlub edən rəqiblər müvafiq olaraq Qırğızıstan və Çin təmsilçiləri növbəti mərhələdə yenildikləri üçün idmançılarımız üçün təsəlliverici matç imkanı yaranmayıb.

İndiyədək dünya çempionatında Azərbaycan yığmasının aktivinə 3 medal yazılıb. Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) isə gümüş medala sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью