Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib | Icma.az
Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Astana, 21 oktyabr, AZƏRTAC Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verildi.
Qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır.
Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır.
Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu