Astanada ov üzrə beynəlxalq turnir keçirilir

27.09.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 27 sentyabr, AZƏRTAC

Astana yaxınlığındakı Sofiyevka kəndində ovçu quşlarla ov üzrə beynəlxalq turnirin rəsmi açılışı olub.

AZƏRTAC “Akimat”ın rəsmi saytına istinadla xəbər verir ki, milli ruhun yüksəldilməsi və əcdadların adət-ənənələrinin dirçəlməsi məqsədilə təşkil olunan müsabiqədə Qazaxıstanla yanaşı Monqolustan, Rusiya, Türkiyə və Qırğızıstandan 60 nümayəndə iştirak edir.

Birinci yarış qartallarla iki proqram üzrə keçirilib: quşun ələ çağırılması və quşun ovu tez ələ keçirmək bacarığı. Burada qırx yeddi qartal qeydə alınıb. Daha sonra qartal, şahin və qırğı ilə ov üzrə yarımfinal və final yarışları keçiriləcək. Yarışların nəticələrinə görə qaliblər və mükafatçılar pul mükafatları alacaqlar.

Beynəlxalq turnir ovçu quşlarla ov sənətinin populyarlaşdırılması və idmançılar arasında təcrübə mübadiləsinə töhfə verir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью