Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması aparılacaq

22.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 22 aprel, AZƏRTAC

Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması və sistemli uçotunun rəqəmsallaşdırılması aparılacaq.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Astananın icra orqanının rəhbəri Jenis Kasımbek ölkə Prezidenti Kasım-Jomart Tokayevə paytaxtın yaşıllaşdırılması və abadlaşdırılması planlarını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs sayəsində sakinlər hər hansı bir ağac haqqında məlumat əldə edə və problem yarandıqda bu barədə şəhər orqanlarına məlumat verə biləcəklər.

"Bu il şəhərdə bir milyon ağacın əkilməsi, eləcə də 180-dən çox ictimai və həyətyanı məkanın abadlaşdırılması planlaşdırılır", – deyə Jenis Kasımbek əlavə edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью