Astanada sərnişin PUA sı sınaqdan keçirilib

06.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.


Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Astanada göyərtəsində insan olan EH216-S sərnişin pilotsuz hava gəmisinin nümayiş uçuşu baş tutub.

XQ respublikanın Mülki Aviasiya Komitəsinə istinadən verdiyi məlumata görə, sınaq "Gələcəyin Oyunları - 2026" beynəlxalq turniri çərçivəsində paytaxtın xüsusi icazə verilmiş ərazisi üzərində keçirilib.

Şaquli qalxma və enmə qabiliyyətinə malik elektrik aparatı iki sərnişin üçün nəzərdə tutulub. O, saatda 130 kilometrə qədər sürət yığmaq və 35 kilometrə qədər məsafə qət etmək qabiliyyətinə malikdir.

Birinci mərhələdə Qazaxıstanda müddəti beş dəqiqədən 30 dəqiqəyə qədər olan nümayiş və turizm marşrutlarının işə salınması nəzərdən keçirilir. Gələcəkdə pilotsuz hava gəmilərinin sərnişin daşımaları, dərman çatdırılması, təcili tibbi yardım göstərilməsi, yanğınsöndürmə və logistika sahələrində istifadə edilməsi planlaşdırılır.

Layihə həmçinin Qazaxıstanda sərnişin pilotsuz uçuş aparatlarının istehsalının lokallaşdırılmasını nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью