Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14.05.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Axar.az xəbər verir ki, Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib.

Rəsmi mərasimdən sonra Qasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью