Astanada TÜRKPA nın 14 cü plenar iclası keçiriləcək

05.06.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Astana, 5 iyun, AZƏRTAC

İyunun 11-12-də Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyi ilə TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, 14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

14-cü plenar iclas çərçivəsində, həmçinin Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcəkdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью