Astanada yanğın baş verib, 100 dən çox insan təxliyə edilib

04.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Astanada (Qazaxıstan) yaşayış kompleksində yanğın baş verib.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, 100-ə yaxın sakin müstəqil şəkildə təxliyə olunub, 15 nəfər isə Fövqəladə Hallar Departamentinin qüvvələri tərəfindən xilas edilib.

Bildirilib ki, baş verən yanğın operativ şəkildə söndürülüb. Ölən və xəsarət alan olmayıb.

/Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью