ASTAnın prezidenti: Premyer Liqadakı güclü komandalara rəqib olacağıq

15.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizim fikrimiz daha çox yerli oyunçularla Premyer Liqadakı güclü komandalara rəqib olmaqdır. Buna imkanlarımız çatır.

"Report"un məlumatına görə, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Funksioner bölgə təmsilçisinin döyüşkən komanda olacağını söyləyib:

"Başqa seçim belə ola bilməz. Yalnız qalib olmaq istəyirik. Hansısa işə başlayırıqsa, ya qalib olmalısan, ya da bu işə başlamamalısan".

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью