“Astara” elektrik stansiyası ahəngdar işləyir

04.02.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

20 ildə bu mərkəz ölkəyə 5,2 milyard kilovat-saat enerji verib

2006-cı ilin fevral ayında istismara verilmiş “Astara” modul tipli elektrik stansiyası ahəngdar rejimdə fəaliyyət göstərir. 2025-ci ildə stansiyada 100 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Bütövlükdə isə, ötən 20 il ərzində burada 5,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, Astara rayonunun Ərcivan kəndində inşa olunan modul tipli stansiya Azərbaycan energetikləri ilə Finlandiyanın “Vartsila” şirkətinin 2005-2007-ci illər ərzində birlikdə tikib istifadəyə verdikləri 5 enerji istehsalı müəssisələrindən birincisidir. Stansiyanın ümumi gücü 87 meqavat təşkil edir. Burada hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz porşen aqreqatı quraşdırılıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью