“Astara” elektrik stansiyası önəmini qoruyur

04.02.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2006-cı ilin fevral ayında istismara verilmiş “Astara” modul tipli elektrik stansiyası ahəngdar rejimdə fəaliyyət göstərir. 2024-cü ildə stansiyada 200 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.

Bütövlükdə isə, ötən 19 il ərzində stansiyada 5,1 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Xatırladaq ki, Astara rayonunun Ərcivan kəndində inşa olunan modul tipli stansiya Azərbaycan energetikləri ilə Finlandiyanın “Vartsila” şirkətinin 2005-2007-ci illər ərzində birlikdə tikib istifadəyə verdikləri 5 enerji istehsalı müəssisələrindən birincisidir. Stansiyanın ümumi gücü 87 meqavat təşkil edir. Burada hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz porşen aqreqatı quraşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью