Astara terminalı Şimaldan Cənuba qapı

08.03.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Buradan ildə 4 milyon ton yük keçəcək

Azərbaycan ərazisindən keçən “Şimal – Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmiz üçün çox əhəmiyyətlidir. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Emil Məmmədov deyib. O bildirib ki, Azərbaycan və İran Astarasında “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qurulmuş və istifadəyə verilmiş terminallar vasitəsilə yük bazası ildən-ilə artır.

E.Məmmədovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nın İran İslam Respublikasında yerləşən terminallarında son tikinti işləri bu ilin sonunda tam bitəcək. Beləliklə, terminalın ötürücülük qabiliyyəti 4 milyon tona qədər artırılacaq. Bu da ölkəmizə Şimal – Cənub istiqamətində Avropadan, Rusiyadan və cənub istiqamətindən yük bazasını cəlb etməyə imkan verəcək.

Qeyd edək ki, terminal İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan – İran sərhədindən 1,4 kilometr aralıqda yerləşir. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə ölkəmizə icarəyə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью