Astara Terminalında 537 min tondan çox yük aşırılıb

22.09.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Astara Terminalında (İran ərazisində) 2026-cı ilin 8 ayında 537 min tondan çox yük aşırılıb.

ADY-dən Axar.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 faiz çoxdur.

2026-cı ilin avqust ayı üzrə müvafiq göstərici 50 faiz artımla 76 min ton olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью