Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
2026-cı ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 631 min tondan çox yük aşırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.
Məlumata görə, hesabat dövründə terminalda aşırılan yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb.
Təkcə 2026-cı ilin sentyabr ayında Astara Terminalında 93 min tondan çox yük aşırılıb ki, bu da ötən ilin eyni ayının göstəricisindən 52% çoxdur.