Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu TƏFƏRRÜAT | Icma.az
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Astara rayonunda toyda dava düşüb, 32 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 29-da rayonun Çayoba kəndində yerləşən “Ümid” restoranında baş verib.
Rayon sakini, 1993-cü il təvəllüdlü Nail həmin gün saat 19 radələrində restoranda keçirilən toy şənliyi zamanı Elmanın stol ətrafında oturan bəzi şəxslərlə əlbəəl görüşüb, ona uzaqdan salam verməsini bəhanə gətirib.
Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə qarşı nalayiq ifadələr işlədib.
O, Elmanın sinəsindən itələyərək, həmin nahiyəsinə bir dəfə yumruqla zərbə vurub.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, oktyabrın 29-da “Ümid” restoranında toy olub: “Toya mən də getdim. Məclis zamanı spirtli içki qəbul etdik.
Tam oxu
Xəbəri oxu