Astara və Cəlilabadda cüdo zalları açılıb

17.03.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Astara və Cəlilabad Olimpiya İdman Komplekslərinin nəzdində cüdo zalları fəaliyyətə başlayıb.

Apasport.az xəbər verir ki, zallar Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib.

Açılış mərasimlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon icra hakimiyyətlərinin nümayəndələri və digər rəsmilər iştirak ediblər. 

Qeyd edək ki, ötən həftə Ağdaş və Kürdəmirdə cüdo zallarının açılışı keçirilib

Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək Cüdoçularımız Olimpiya Təlim Düşərgəsində iştirak edirlər Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər Cüdoçularımız Avropa kubokunu 5 medalla başa vurublar Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 3 medal
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью