Astarada 10 kq narkotik aşkarlandı

23.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar.

Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью