Astarada 101 yaşlı Məryəm Diyarova səs verib

29.01.2025

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astarada 101 yaşlı seçici bələdiyyə seçkilərində səs verib.

APA-nın verdiyi xəbərə görə, Astara rayonunun Ərçivan qəsəbə sakini 101 yaşlı Məryəm Diyaraova səhhətində yaranan problemlə bağlı 79 saylı seçki dairəsinin 31 saylı məntəqəsinə gedə bilməyib. O, seçki məntəqəsinə müraciət edərək səyyar seçki qutusunun evinə gətirilməsini istəyib. Müraciətə əsasən, seçki qutusu evə aparılıb və 101 yaşlı seçici səs verib.

M.Diyarova indiyə kimi bütün seçkilərdə iştirak etdiyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью