Astarada 18 yaşlı qızın meyiti tapıldı

04.11.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astarada 18 yaşlı qızın meyiti aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, valideynlərini itirən qız, babası ilə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью