Astarada 18 yaşlı qızın meyiti tapılıb

04.11.2024

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Astarada meyit aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib. 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, valideynlərini itirən qız, babası ilə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью