Astarada 3 nəfər bıçaqlandı

19.11.2024

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Astarada bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью