Astarada 3 nəfər bıçaqlandı

19.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Astarada bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Astara rayonunda 3 nəfər bıçaqlanıb. Onlardan ikisinin qardaş olduğu bildirilir. 

Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. 

Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью