Astarada 3 nəfər bıçaqlandı Yaralılardan ikisi qardaşdır

19.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Astarada bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью