Astarada 41 yaşlı kişi bıçaqlanıb, saxlanılan var

04.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini 1984-cü il təvəllüdlü Fərrux Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. F.Axundov əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью