Astarada 55 yaşlı kişi ağacdan yıxılaraq ölüb

04.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Astara sakini ağacdan yıxılaraq ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ovala kəndində baş verib. Ağkörpü kənd sakini 1970-ci il təvəllüdlü Surxay Abdullayev ağac budamaq üçün qonşu Ovala kəndinə gedib. Budama işləri görərkən oradan yıxılıb. S.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью