Astarada 55 yaşlı qadın öldürüldü 21 yaşlı gəlini tutuldu

30.07.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Astara rayonunda qadın qətlə yetirilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью