Astarada ana oğul mübahisəsi şiddətə çevrildi

17.11.2025

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astara rayonunda 40 yaşlı kişinin anası ilə mübahisəsi cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1985-ci il təvəllüdlü Nicat Sadıqov birlikdə yaşadıqları evdə anası Zəminə (ad-soyad şərtidir – red.) ilə ailə daxili münasibətlər zəmində  mübahisə edib. 
Mübahisə zamanı təqsirləndirilən şəxs anasının bədəninin müxtəlif nahiyəsinə yumruq və şillə zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən N. Sadıqovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən N. Sadıqov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evlidir, 2 az yaşlı uşağı var, rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş mənim anamdır, bir evdə yaşayırıq. Hadisə günü içkili vəziyyətdə evə gəldim. Saat 17 radələrində anam mənim içkili olduğumu gördü və mübahisə etdi. Anam spirtli içki içməyimə irad tutdu və ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı içkili vəziyyətdə anamın bədənimin müxtəlif nahiyəsinə yumruq və şillə zərbəsi vuraraq onu döydüm. Hazırda əməlimdən peşmanam, himayəmdə azyaşlı uşaqlarım var. Spirtli içkinin təsiri altında bu əməli törətmişəm və anam ilə barışmışam”.
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, oğlu Nicat Masallı rayonunda işləyib və həmin rayonda ailəsi ilə birlikdə yaşayıb: “Hadisədən təxminən 2 həftə əvvəl arvadı ilə ayrıldı və mənimlə yaşadığı evə qayıtdı. Oğlum spirli içki aludəçisidir və buna görə bir neçə dəfə ona irad bildirdim. Hadisə günü saat 17 radələrində birlikdə yaşadığım  evdə oğlum ilə içkili vəziyyətdə gələrək məndən pul istədi. Ona pulumun olmadığını, “get ailənin yanına, mənimlə yaşama” dedim. Sonra oğlum içkili vəziyyətdə ünvanıma nalayiq ifadələr işlətdi, bədənimin müxtəlif nahiyəsinə yumruq və şillə zərbəsi vuraraq məni döydü. Bu səbəbdən əsəbləşərək Astara Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə N. Sadıqov aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью