Astarada anasını döyən oğul həbs olundu | Icma.az
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Astarada oğul anasını döyüb.
Lent.az xəbər verir ki, hadisə Astara şəhərində qeydə alınıb.
26 yaşlı Vüqar Nəzərov (ad və soyad şərtidir) narkotik və psixotrop maddələrin təsiri altında anası ilə mübahisə edib.
Mübahisə zamanı Vüqar anasına şillə ilə iki dəfə zərbə vurub.
O, ifadəsində anasının ona soyuq və laqeyd münasibət göstərdiyini deyərək, bundan gileylənib.
Vüqar hadisənin məhz bu səbəbdən baş verdiyini bildirib. O, qadının şikayəti əsasında polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xəta
Astara rayon Məhkəməsinin qərarı ilə Vüqar Nəzərov barəsində 2 aylıq inzibati həbs cəzası verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu