Astarada anasını qətlə yetirməkdə şübhəli bilinən oğul saxlanıldı

22.08.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью