Astarada ata ilə övladını maşın vurdu Uşağın durumu ağırdır

08.06.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Astarada yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovla azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni maşın vurub.

Qəzada xəsarət alan ata və oğul Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətlərlən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью