Astarada avtomobil ata və oğlunu vurub, azyaşlının vəziyyəti ağırdır

08.06.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Astarada avtomobil ata və azyaşlı oğlunu vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astarada hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Kijəbə qəsəbə ərazisində 1986-cı il təvəllüdlü Astara rayonunun Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və oğlu 2022-ci il təvəllüdlü Z.F vurub.

Hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyəti ağır olan azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travmasıbaşın açıq yarası, , koma, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar.

Azyaşlının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью