Astarada avtomobil qadın piyadanı vuraraq ÖLDÜRDÜ

17.11.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Astarada baş verən faciəvi yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub. 
Bizim.Media xəbər verir ki, hadisə Pensər kəndində axşam saatlarında qeydə alınıb. 
 

1985-ci il təvəllüdlü Qismət Feyziyev "VAZ-2104" markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib və piyada Xəyalə Nəsirovanı vurub. 


Təəssüf ki, qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobil daha sonra yol kənarındakı internet dirəyinə çırpılıb və dirək yararsız hala düşüb. İlkin məlumatlara əsasən, qəzaya yağışlı hava şəraiti səbəb olub. Hazırda baş verənlərlə bağlı araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью