Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astarada baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alaraq reanimasiya şöbəsinə yerləşdirilən sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, Astara rayonunun Təxtənəkəran kəndində baş verən qəzada ağır xəsarət alan Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyev müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, qəza nəticəsində onun oğlu Rüstəm Əliyev də ağır xəsarət alıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.