Astarada baş verən qəzada piyada ölüb

17.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Astara rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib. Pensər kənd sakini 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və piyada Xəyalə Məzahir qızı Nəsirovanı vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq dirəyi də sıradan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью