Astarada başına boru düşən Cəlilabad sakini ölüb

06.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazarkən başına boru düşüb.

R.Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, mərhum ailəli olub və onun himayəsində iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью