Astarada beton səddə çırpılan avtomobil YANDI

30.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astara rayonunda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonunun Ərçivan qəsəbəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik avtomobili yol kənarında beton səddə çırpılıb. Daha sonra avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. 

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. 

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью