Astarada çaydan kişi meyiti tapıldı

18.11.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astarada kişi meyiti tapılıb.

Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisində Pensərçayda kişi meyiti tapılıb. Məlum olub ki, tapılan meyit bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarova məxsusdur.

A.Əliyarov balıqçı olub, ayın 14-də Pensərçayın üzərində tikilən körpünün altında balıq tutmaq üçün qırmaq atıb. Bu zaman onun ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

(unikal)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью