Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astara, 18 noyabr, AZƏRTAC
Astara rayonunda 2026-cı ilin çəltik yığımı başa çatıb. Cari ildə 253,6 hektar sahədən 1092,9 ton çəltik məhsulu toplanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 10,8 faiz azdır. Hər hektardan orta hesabla 43,1 sentner məhsul götürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sentner və ya 4,9 faiz çoxdur.
Bu il fermerlər və məhsul istehsalçıları daha çox məhsuldar “Haşimi”, “Apola”, “Qara çəltik” və “Sədri” sortlarına üstünlük veriblər. Sahələrdə aqrotexniki qulluq işlərinin vaxtında aparılması və zərərvericilərə qarşı mübarizə tədbirləri məhsuldarlığa müsbət təsir göstərib.
Qeyd edək ki, 2025-ci ildə rayonda 298,5 hektar sahədə çəltik əkilib, həmin sahələrdən 1225,5 ton məhsul əldə olunub.
Müxbir- İlkin Adıyev