Astarada cüdo zalının açılışı oldu

17.03.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Astara Olimpiya İdman kompleksinin nəzdində cüdo zalı fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Açılış mərasimində ACF-nin prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatami ilə və digər zəruri avadanlıqlarla təchiz edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью