Astarada DƏHŞƏT 17 yaşlı hamilə qız toy gecəsi həyatını İTİRDİ FOTO

29.10.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Astara rayonunda 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həyatını itirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, gənc qızın dünən Deqədi kəndindəki şadlıq saraylarından birində toyu olub.
Toydan sonra onun vəziyyəti pisləşib və dərhal Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Qeyd edək ki, Ə.İmanovanın hələ 18 yaşını tamam olmayıb və o, hamilə imiş.


Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью