Astarada əkiz bacılar qəzada yaralandı KONKRET

19.01.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Astara rayonunun Telman kəndi ərazisində qeydə alınıb.

“Hundai” markalı nəqliyyat vasitəsi “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində əkiz bacılar Astara rayon sakinləri 2006-cı il təvəllüdlü Zəhra və Fatimə Zamiq qızı Bayramovalar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və vəziyyətlərinə uyğun olaraq müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.//unikal

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью