Astarada faciə: Ata və oğlunu maşın vurdu

08.06.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astaranın Kijəbə kənd ərazisində avtomobil 1986-cı il təvəllüdlü, Astara rayonunun Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və onun 2022-ci il təvəllüdlü azyaşlı oğlu Z.F-ni vurub.

Sfera.az xəbər verir ki, yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıblar.

Azyaşlının vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ilkin diaqnozuna əsasən, uşağa qapalı kəllə-beyin travması, koma və başın açıq yarası diaqnozu qoyulub. Atanın isə burun nahiyəsində kəsilmiş yara müəyyən edilib.

Hazırda azyaşlının vəziyyəti kritik olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью