Astarada “Gənclik kəndimizdə adlı tədbir keçirilib FOTOLAR

19.11.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astara rayonu Sım kəndində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və Astara Gənclər evi SXM-nin dəstəyi ilə “Yeniyetmələrin gələcək inkişaf platforması” layihəsi çərçivəsində “Gənclik kəndimizdə" adlı tədbir keçirilib
Tədbirin ilk hissəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov tərəfindən “Süni intellekt alətləri” mövzusunda praktiki bacarıqlar nümayiş etdirilib. Süni intellekt alətlərinin və sosial medianın gənclərin həyatındakı rolu, yaratdığı imkanlar və ondan düzgün istifadə qaydaları barədə məlumat verilib.
Daha sonra fəal gənclər, Astara rayonu üzrə uşaq səfirləri Əli Nəzərli və Nurel Muradzadə gənclərə “Uşaq hüquqları” mövzusunda geniş söhbət açıblar.
Tədbirdə Astara Rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin müdiri və Tərtibatçı-rəssamı tərəfindən xalçatoxuma və tətbiqi sənət texnikası nümayişini tədbir iştirakçıları maraqla qarsalayıblar. Eyni zamanda Astara Gənclər evi SXM-nin əməkdaşlarının keçirdiyi interaktiv əyləncəli idman oyunları görüşü daha dinamik və əyləncəli edib. Belə ki, komanda oyunları zamanı iştirakçılar əməkdaşlıq, çevik düşünmə və ünsiyyət bacarıqlarını sınamaqla yanaşı, fiziki mübarizə və rəqs bacarıqlarını göstərməklə tədbirə xüsusi rəng qatıblar. İstedadlı gənclər müxtəlif musiqi alətlərində könül açan mahnılar ifa ediblər .
Tədbirdə fəal iştirakına görə fərqlənən beş gənc LARGİİ-nin təşəkkürnamələri ilə təltif olunub.
Maraqlı fəaliyyətlər və səmimi ünsiyyət şəraitində keçən tədbir yeniyetmə və gənclərin şəxsi inkişafına, sosial fəallığının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью