Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib.
Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.