Astarada iki qardaş bıçaqlandı

19.11.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.

Astarada bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, rayon ərazisində 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyev və 1988-ci il təvəllüdlü qardaşı Zeynal Mehdiyev bıçaqlanıb. Onlar xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəlini bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью