Astarada itkin düşən 74 yaşlı kişinin çayda meyiti tapıldı

18.11.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astarada çayda meyit tapılıb.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 74 yaşlı Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.

A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью