Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıb | Icma.az
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Astarada çayda meyit tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb.
Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.
A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu