Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıb

18.11.2024

Missiya.az saytına istinadən Icma.az xəbər verir.


Astarada çayda meyit tapılıb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub. 

A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью