Astarada kişi həmkəndlisini BIÇAQLADI | Icma.az
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. Astarada bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, insident səhər saatlarında rayonun Şiyəkəran kəndində qeydə alınıb.
52 yaşlı Elsevər Tağıyev həmkəndlisi 1984-cü il təvəllüdlü Fərrux Axundova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
F.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sözügedən şəxslərin iş yerində dava etdikləri bildirilir.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu