Astarada kivi yığımı FOTO

11.09.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gündür ki, cənub qapımız Astaranın bağlarda mövsümün ilk kivi məhsulunun yığımına başlanılıb. Məhsulun sağlam qalmasından ötrü toplanan kivilər ağaclardan əl ilə dərilir, çeşidlənməsi üçün xüsusi məntəqələrə təhvil verilir. Rayonunun Təngərüd, Maşxan, Ərçivan, Şahağacı, Şiyəkəran kəndlərində və Astara şəhəri ərazisində yerləşən kivi bağlarında məhsuldarlığın daha yüksək olduğu bildirilir.
Artıq yığılmış məhsulun bir hissəsi daxili və xarici bazarlara göndərilib. Ötən illə müqayisədə bu il kivi meyvəsinin qiymətində artım vardır. Fermerlərin dediyinə görə, xaricdən ölkəyə kivi idxalı olmasa, mövsümün sonuna qədər məhsulu hazırkı qiymətlərlə satmaq mümkün ola bilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью